Yol tikintisində 31 min manatlıq dələduzluq - Yaxud 3,3 milyonluq qazanca aldananlar

Bakı-İsmayıllı-Muğanlı-Qəbələ yolunun tikintisindən istifadə edərək dələduzluq əməli törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Qurban adlı şəxsə 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Qurban şirkət rəhbəri olub. Şirkəti tikinti sahəsində fəaliyyə göstərib. Bakı-İsmayıllı-Muğanlı-Qəbələ yolunun tikintisi gündəmə gələrkən Qurban Akif adlı şəxsə həmin layihədə iş təşkil edə biləcəyini bildirib. O, podratçı şirkət olan "Evrascon” ASC ilə müqavilə bağlanacağı, qazma və daşıma işləri aparılacağını deyib.
Qurbanın sözlərinə görə, işlər 1,5 milyon kub metrlik ərazidə aparılacaq. Hər kub metr üçün 2,2 manat ödəniləcək ki, bu da bütövlükdə işə görə qazancın 3 300 000 manat olması deməkdir.
Akif təbii ki, bu gəlirli iş təklifi ilə razılaşıb. Lakin Qurban işi düzəltmək üçün ondan 35 000 manat pul istəyib. Akifin o qədər pulu olmadığına görə, tanışları Elşən və Həsəni də prosesə cəlb edib. Beləliklə, Qurbana 31 500 manat pul verilib. Lakin Akif və tanışları ərazidə çıxarkən məlum olub ki, onlar aldadılıb.
Qurbandan pullarını tələb etsələr də, o müxtəlif bəhanələrlə aldığı məbləği geri qaytarmayıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












