Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI

Sürücülərin gündəlik istifadə etdiyi naviqasiya tətbiqləri yollardakı tıxaclar barədə məlumatı necə əldə edir? Xəritədə yolların qırmızı rənglə göstərilməsi, hərəkətin sıx olduğu ərazilərin müəyyənləşdirilməsi və alternativ marşrutların təklif olunması əslində mürəkkəb texnologiyaya əsaslanır.
Avtosfer.az xəbər verir ki, naviqasiya sistemləri yollardakı nəqliyyat sıxlığını müəyyən etmək üçün istifadəçilərin telefonlarından əldə edilən məkan və hərəkət məlumatlarını təhlil edir.
İlk növbədə, peyklərin avtomobilləri birbaşa izləmədiyini bilmək lazımdır. GPS peykləri telefonlara siqnal göndərir, telefon isə bu siqnallar əsasında öz coğrafi mövqeyini müəyyənləşdirir. Avtomobil hərəkət etdikcə telefonun mövqeyi mütəmadi yenilənir. İki fərqli vaxtda qeydə alınan mövqelər arasındakı məsafə və zaman fərqi nəqliyyat vasitəsinin sürətini hesablamağa imkan verir.
Məkan xidmətləri aktiv olduqda, istifadəçinin razılığı və tətbiqin məxfilik parametrləri çərçivəsində bu məlumatlar anonimləşdirilərək naviqasiya sisteminə ötürülə bilər.
Ancaq bir avtomobilin yavaş hərəkət etməsi həmin yolda tıxacın olması demək deyil. Sürücü avtomobili yolun kənarında saxlaya, dayanacağa daxil ola və ya başqa səbəbdən sürəti azalda bilər.
Naviqasiya platformaları yol şəbəkəsini ayrı-ayrı hissələrə bölərək həmin ərazilərdəki çoxsaylı istifadəçilərin hərəkət sürətini təhlil edir. Eyni yol hissəsində hərəkət edən avtomobillərin əksəriyyətinin sürəti kəskin azalırsa, sistem həmin ərazidə nəqliyyat sıxlığının yarandığını müəyyənləşdirir. Nəticədə xəritədə yolun vəziyyəti rənglərlə əks etdirilir. Adətən yaşıl rəng sərbəst hərəkəti, sarı rəng orta sıxlığı, qırmızı rəng isə ciddi tıxacı göstərir.
Maraqlı məqamlardan biri də naviqatorun yalnız hazırkı vəziyyəti deyil, gələcəkdə yarana biləcək tıxacları da proqnozlaşdırmasıdır. Bunun üçün sistemlər əvvəlki günlərdə, xüsusilə həftənin eyni günü və saatında qeydə alınmış hərəkət intensivliyini nəzərə alır. Mövcud yol məlumatları ilə tarixi göstəricilər birləşdirilərək sürücünün həmin əraziyə çatacağı vaxtda yollarda vəziyyətin necə olacağı təxmin edilir.
Beləliklə, naviqatorun tıxac barədə məlumat əldə etməsinin əsas mənbələrindən biri elə həmin yolda hərəkət edən sürücülərin telefonlarıdır. Başqa sözlə, yollardakı hərəkət haqqında məlumatı bir növ yolun öz iştirakçıları formalaşdırır.
Eltac Zülfüqaroğlu
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq
ADY gecikən qatara görə sərnişinlərə hansı halda bilet pulunu qaytarır? – RƏSMİ
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR
Bloqer Fərid Rəsul Amerikada cərimələndi - ŞOK RƏQƏM - VİDEO
Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ












