Banner

Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir

Maraqlı 19 Noyabr 2026 12:00
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
WhatsApp kanalımıza abunə olun

Bakının yol-nəqliyyat infrastrukturunda bəzi kəsişmələr nəqliyyat axınının intensivliyi və mürəkkəbliyi ilə seçilir. Belə məntəqələrdən biri də paytaxtın 4-cü mikrorayon dairəsidir. Kiçik əraziyə çoxsaylı yolların birləşməsi və ictimai nəqliyyatın intensiv hərəkəti bu dairəni sürücülər üçün diqqət tələb edən nöqtələrdən birinə çevirir.

Avtosfer.az xəbər verir ki, dairənin radiusu təxminən 33 metr təşkil edir. Burada ümumilikdə 25 yol hissəsi birləşir. Onlardan 11-i giriş, 14-ü isə çıxış istiqamətidir.

Dairənin diqqətçəkən xüsusiyyətlərindən biri də ictimai nəqliyyatın intensivliyidir. Belə ki, bu ərazidən 23 avtobus marşrutu keçir. Bu isə gün ərzində dairədə nəqliyyat axınının daha da sıxlaşmasına səbəb olan amillərdəndir.

Məhdud sahədə çoxsaylı giriş-çıxışların və avtobus marşrutlarının cəmləşməsi sürücülərdən xüsusi diqqət və düzgün manevr etməyi tələb edir. Xüsusilə pik saatlarda nəqliyyat axınının intensivliyi hərəkəti çətinləşdirə bilər.

4-cü mikrorayon dairəsi paytaxtın nəqliyyat mənzərəsində maraqlı nümunələrdən biridir.

Eltac Zülfüqaroğlu

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh