Banner

Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO

Maraqlı 19 Noyabr 2026 08:00
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
WhatsApp kanalımıza abunə olun

Almaniyanın keçmiş Kansleri Angela Merkelə xidmət etmiş “Airbus A340” təyyarəsi istismardan çıxarılaraq utilizasiya edilib. 

Avtosfer.az xəbər verir ki, təyyarəni füzelyajının bir hissəsi doğranaraq müxtəlif brelok və stəkan altlıqları hazırlanıb. Qiyməti 35-90 avro arası dəyişən suvenirlər artıq satılıb qurtarıb.

Təyyarənin ən böyük – 30 metrlik hissəsi isə kəsilərək Bundesverin (ordu) muzeyində daimi sərgilənəcək. Bu hissədəki pilot kabinəsi, iclas zalı və nümyəndə heyəti rəhbərinin kabineti saxlanılıb. 

Konrad Adenauerin (1949-1963-cü illərdə Almaniya Kansleri) adını daşıyan təyyarə 2011-2023-cü illərdə Almaniyanın dövlət və hökumət adamlarına xidmət göstərib. 2022-ci ildə alınmış yeni “Airbus” da Adenauerin adını daşıyır.

Vüqar

FOTO QALEREYA
Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh