Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA

Avtomobil sahiblərini maraqlandıran məsələlərdən biri də şamların dəyişdirilməsinin mühərrikin işinə və performansına təsiridir. Xüsusilə köhnəlmiş və aşınmış şamların yeniləri ilə əvəz edilməsi avtomobilin işləmə rejimində və sürüş xüsusiyyətlərində nəzərəçarpacaq fərq yarada bilər. Bəs yeni şamlar həqiqətən mühərrikin at gücünü artırırmı?
Avtosfer.az xəbər verir ki, avtomobillərdə mühərrik gücünü artırmaq üçün turbo və ya kompressor kimi daha mürəkkəb dəyişikliklərə əl atılır. Mühərrikin daxili hissələrinə müdaxilə də performansın yüksəldilməsi üsullarından biridir. Bununla yanaşı, daha sadə prosedur hesab olunan şamların dəyişdirilməsi də bəzən avtomobilin daha güclü işlədiyi təəssüratını yaradır.
Lakin burada vacib məqam var. Mühərriki normal işləyən və texniki baxımları vaxtında həyata keçirilən avtomobildə şamların yenilənməsi özlüyündə əlavə at gücü qazandırmır. Ancaq istismar müddəti başa çatmış, çirklənmiş və ya aşınmış şamların dəyişdirilməsi mühərrikin zamanla itirdiyi performansın bərpasına kömək edə bilər.
Şamlar benzin mühərriklərində yanacaq-hava qarışığını alışdıraraq yanma prosesini başladan əsas hissələrdən biridir. Yaranan elektrik qığılcımı silindrdəki qarışığı alışdırır. Nəticədə porşen hərəkətə gəlir və mühərrik güc istehsal edir.
Lakin şamlar işlədikləri müddətdə yüksək temperaturun, təzyiqin və davamlı elektrik boşalmalarının təsirinə məruz qalırlar. Bu amillər zamanla onların elektrodlarının aşınmasına səbəb olur. Elektrodlar arasındakı məsafənin dəyişməsi və üzərində çöküntülərin yaranması da qığılcımın effektivliyini azalda bilər.
Nəticədə mühərrikin qeyri-sabit işləməsi, titrəmə, yanmada fasilələr və güc itkisi müşahidə oluna bilər. Yeni şamların quraşdırılması alışdırma sisteminin daha səmərəli işləməsinə şərait yaradır. Beləliklə, sürücü avtomobilin dartma qabiliyyətində və qaz pedalına reaksiyasında yaxşılaşma hiss edə bilər.
Şamların istehsalında istifadə olunan materiallar da avtomobil sahiblərinin diqqətini çəkən məsələlərdəndir. Xüsusilə iridium uclu şamlar davamlılığı və uzun istismar müddəti ilə seçilir.
İridiumun aşınmaya qarşı davamlı olması şamın uzun müddət effektiv qığılcım yaratmasına kömək edir. Bundan əlavə, bu material daha nazik elektrodların hazırlanmasına imkan verir ki, bu da qığılcımın daha sabit yaranmasını dəstəkləyə bilər.
Bununla belə, iridium şamların istifadəsinin birbaşa mühərrikin at gücünü artırdığı sübut edilməyib. Əgər avtomobilin istehsalçısı standart olaraq iridium şamlar nəzərdə tutubsa, eyni xüsusiyyətlərə malik yeni şamların quraşdırılması əlavə mühərrik gücü qazandırmır
Bu səbəbdən şam seçərkən yalnız onun hazırlandığı materiala deyil, avtomobilin mühərrikinə uyğun texniki göstəricilərə və istehsalçının texniki qulluq tövsiyələrinə də diqqət yetirmək lazımdır.
Beləliklə, şamların dəyişdirilməsi mühərrikin gücünü artırmaqdan daha çox, mövcud gücün və normal iş rejiminin qorunmasına xidmət edir.
Eltac Zülfüqaroğlu
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq
ADY gecikən qatara görə sərnişinlərə hansı halda bilet pulunu qaytarır? – RƏSMİ
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR
Bloqer Fərid Rəsul Amerikada cərimələndi - ŞOK RƏQƏM - VİDEO
Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?












