“28 May” metrostansiyasının elektrik təchizatı sistemi tam yenilənəcək - FOTO

Gələn il "Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq.
Avtosfer.az quruma istinadən xəbər verir ki, modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” şirkəti yerinə yetirəcək.
Səhmdar cəmiyyətinin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb. Bu şirkətlə əməkdaşlıqdan sonra ilk dəfə yarımstansiyalarda yalnız bir tərəfdaşın avadanlıqları quraşdırır. Bununla da fərqli avadanlıqların bir sistemin tələbinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğu daha səmərəli şəkildə təşkil edilir.
“Siemens”in istehsalı olan avadanlıq və sistemlər “İçərişəhər” stansiyasında və bir dartı-alçaldıcı yarımstansiyalardan birinin modernləşdirilməsində, “Nərimanov” elektrik deposu (2 yarımstansiya), “8 Noyabr” stansiyasında və onun üzərində yerləşən 35 kV-luq yeni elektrik yarımstansiyalarının qurulmasında istifadə olunub.
2023-cü ilin sonuna qədər “28 May” stansiyasının elektrik yarımstansiyasında işlərin, əsasən, yekunlaşdırılması planlaşdırılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA














