Banner

Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB

Xəbərlər 12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə olun

Bakıda avtomobillərin körpüdən aşaraq qəza törətməsi adi hala çevrilib. Təəssüf ki, bu tip xəbərlər artıq insanlarda təəccüb doğurmur.

Bəs görəsən, problem təkcə sürücülərdədirmi? Körpülərin sədləri standartlara uyğundurmu? Avtomobillər oradan necə aşa bilirlər?

Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi körpü və yolötürücülərinin layihələndirilməsi və tikintisi qüvvədə olan tikinti norma və qaydalarına, eləcə də müvafiq texniki standartların tələblərinə uyğun həyata keçirildiyi bildirilib:

“Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə körpülərdə qoruyucu metal və beton baryerlər quraşdırılır.

Eyni zamanda, Agentlik tərəfindən körpü və yolötürücülərinin texniki vəziyyətinin mütəmadi qiymətləndirilməsi məqsədilə instrumental müayinələr aparılır və nəticələrə uyğun olaraq zəruri tədbirlər görülür”.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh