Banner

“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev

Xəbərlər 12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
WhatsApp kanalımıza abunə olun

"Avtomobillə insanın üzərinə hərəkət edib onu vurmaq, sonra isə bunu zarafat adlandırmaq təhlükəli əmələ bəraət qazandırmaq cəhdidir".

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb.

O qeyd edib ki, sükan arxasında belə davranışa yol verən şəxs bir anın içində insanın həyatına son qoya biləcəyini anlamalıdır:

"Vurulan şəxsin sürücünün doğma qardaşı olması bu hərəkətin təhlükəsini azaltmır. Əksinə, insanın öz doğmasının həyatını belə düşünmədən riskə atması məsuliyyətsizliyin hansı həddə çatdığını göstərir. Qohumluq münasibəti yol hərəkəti qaydalarını pozmağa və insan həyatını təhlükəyə atmağa haqq vermir.

Avtomobil əyləncə aləti, insan həyatı isə zarafat mövzusu deyil. Belə bir hərəkət ölüm və ya ömürlük əlilliklə nəticələnsəydi, "zarafat edirdik" demək nə itirilən həyatı qaytara, nə də yaşanan faciəni aradan qaldıra bilərdi.

Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin yaratdığı təhlükəni dərk etməli və davranışına görə məsuliyyət daşımalıdır. İnsan həyatını bilərəkdən təhlükəyə atan hərəkətə "zarafat" adı vermək həmin əməlin ağırlığını azaltmır".

bax.tvhttps://bax.tv/embed/228764.html

 

 

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh