Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO

Bakı-Qazax yolunun Hacıqabul ərazisindən keçən hissəsi bərbad vəziyyətdədir.
Avtosfer.az Baku.ws-ə istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində asfalt örtüyünün yararsız vəziyyətdə olduğunu əks etdirən görüntülər paylaşılıb.
Kadrlardan görünür ki, yolun bəzi hissələrində asfalt örtüyü dağılıb, çalalar yaranıb. Bu vəziyyət sürücülərin hərəkətini çətinləşdirir və nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda qeyd olunan avtomobil yolunun Bakı istiqamətində ayrı-ayrı hissələrində cari təmir işləri aparılır. Yolun istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə cari təmir tədbirlərinin digər hissələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
"Bununla yanaşı, müvafiq investisiya proqramı çərçivəsində sözügedən avtomobil yolunun əsaslı təmirinin həyata keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd edilib.
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq












