60 mindən çox köçkünün müavinəti KƏSİLİB

Son iki ildə 60.2 min nəfərin məcburi köçkünlük müavinəti kəsilib.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ildə 447.5 min, 2024-cü ildə 408.4 min, 2025-ci ildə isə 387.3 min nəfər məcburi köçkün kimi aylıq müavinət alıb.
2024-cü ildə vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin 50.2 mini 33 manat, 358.2 min nəfəri isə 60 manat müavinət alıb. Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287.2 milyon manat (o cümlədən 919.1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.
2025-ci ildə isə vahid aylıq müavinət alan 387.3 min keçmiş məcburi köçkünün 44.8 min nəfər 33 manat, 342.5 min nəfər isə 60 manat alır. Bu məqsədlə il ərzində dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 286.7 milyon manat (o cümlədən 859.9 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.
Qeyd edək ki, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin siyahılarına mütəmadi olaraq yenidən baxılır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə, vahid aylıq müavinət ala bilirlər.
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI












