89 nəfərin Şükürbəyli həsrəti sona çatır - YENİLƏNİB

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.
Avtosfer.az "Report"a istinadən verir ki, bu mərhələdə Şükürbəyliyə 89 nəfərdən ibarət 20 ailə köçürülüb.
Qeyd edək ki, Şükürbəyli işğal zamanı tamamilə dağıdılan kəndlərdən biridir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq, Şükürbəyli kəndi yenidən qurularaq sakinlərin ixtiyarına verilib.
***13:14
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
***
Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.
Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB












