Banner

Cəlilabadda fərdi yaşayış evi yandı - VİDEO

Hadisə 9 Noyabr 2026 17:11
Cəlilabadda fərdi yaşayış evi yandı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Famil Rzayevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək onun digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh