ABŞ-da fəzaya sərnişinlər göndəriləcək

ABŞ-ın “Space X” şirkəti bu ilin sonunadək Yer kürəsi yaxınlığındakı orbitə ilk dəfə bütövlükdə ödənişli heyətlə fəza gəmisi çıxarmaq niyyətindədir.
Avtosfer.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, “İnspiration 4” adlı missiya çərçivəsində həyata keçiriləcək bu uçuşun dörd iştirakçısından biri tədbirin bütün məsrəflərini ödəmiş “Shift 4” şirkətinin təsisçisi, 37 yaşlı həvəskar pilot Cared Ayzekmandır (Jared İsaacman).
O bildirib ki, bu uçuş Memfis şəhərindəki “St. Jude Children’s Research Hospital” uşaq xəstəxanası üçün 200 milyon dollar məbləğində ianə toplamağı hədəfləyir. Qalan üç nəfər həmin məqsəd üçün daha çox ianə verənlər ola biləcək. İş adamının fikrincə, toplanacaq ianələr uçuşun məsrəflərindən xeyli çox olacaq.
Uçuşun 2-4 gün davam edəcəyini bildirən “Space X” şirkətinin təsisçisi İlon Mask bunu fəzanın qapılarını hər kəsin üzünə açmaq yolunda mühüm mərhələ olduğunu qeyd edib.
“Crew Dragon” adlı fəza cihazı Floridadakı Kanaveral burnunda yerləşən fəza mərkəzindən “Falcon 9” daşıyıcı raket vasitəsilə orbitə çıxarılacaq, geri qayıdarkən də eynilə Florida sahiləri yaxınlığında dənizə enəcək.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












