Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirildiyi iş üzrə bu gün Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.
Belə ki, Röyal Masiyev üzrlü səbəb olmadan ardıcıl olaraq bir neçə dəfə məhkəmə iclasına gəlmədiyindən xüsusi ittiham qaydasında aparılan cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, tanınmış influenserlər Fidan Rzayeva (Fidan Zeyn), Əfsanə Qasımova (Azerina), eləcə də daha bir şəxs Könül Həmzəyevadan şikayətçidirlər.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış digər cinayət işi üzrə isə hazırda Xətai Rayon Polis İdarəsində istintaq davam etdirilir.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












