Abşeronda karxanada pozuntular aşkarlanıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, agentliyin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində “Çinar Abadlıq və Yaşıllıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək pozuntular aşkar edilib.
Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib. Həmçinin, daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olduğu, naqillərin isə elastik olmadığı, elektrik avadanlıqlarına xidmət zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar olunub. Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların, eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmadığı aşkar edilib.
Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq, onların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











