Adil Əliyev Vətən müharibəsinin iştirakçıları ilə növbəti dəfə görüş keçirib - FOTO

Fevralın 4-də Milli Məclisin Gənclər və İdman Komitəsində Vətən müharibəsinin iştirakçıları və qazilərimizlə növbəti görüş keçirilib. Görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin “Dəmir yumruq” hərbi əməliyyatıyla xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb.
Vitse-spiker bildirib ki, müharibə dövründə ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürur doğurdu. Qeyd olunub ki, Ermənistanın müharibə zamanı aldığı zərbələrin yaraları hələ uzun illər sağalmayacaq. Müharibə gənclərimizin vətənpərvərliyini, azərbaycançılıq məfkurəsinin hər kəsin qəlbində ən uca zirvədə qərar tutduğunu bir daha göstərdi. Qısa müddət ərzində aparılan bu sürətli müharibə həm də bütün dünyaya ölkəmizin gücünün nümayişi oldu.
Adil Əliyev qəhrəmanlarımızın döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Görüşün sonunda Vətən müharibəsində xüsusi qəhrəmanlığı ilə seçilən iştirakçıların bir qisminə Milli Məclisin Gənclər və İdman Komitəsinin “Fəxri Fərman”ı təqdim olunub.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir














