ADY-də şəhid dəmiryolçuların ailələri ilə görüş keçirilib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin 4 dəmiryolçu şəhidi ölümündən sonra “Azərbaycan Dəmir Yollarının 140 illiyi” yubiley medalı ilə təltif edilib.
QSC-dən verilən məlumata görə, Peşə Bayramı Günü münasibətilə QSC-də şəhid ailələri ilə görüş keçirilib, medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Eyni zamanda QSC əməkdaşları arasında yüksək motivasiya, peşəkarlıq göstəricilərinin artırılmasına nail olunması məqsədilə yüksək əmək intizamına görə fərqlənmiş 792 əməkdaş fərdi və kollektiv qaydada mükafatlandırılıb. Əmək fəaliyyətinin səmərəli göstəricilərinə görə fərqlənmiş əməkdaşlar "Fəxri dəmiryolçu" döş nişanı, "Fəxri Fərman", “Xatirə nişanı”, “Təşəkkürnamə”, "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi","Ən yaxşı işçi kollektivi" adı ilə mükafatlandırılıb, 17 əməkdaşa Əmək veteranı adı verilib və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, peşə bayramı günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində ADY-də “ARTtrain” adlı rəsm sərgisi keçirilib. Sərgidə ADY əməkdaşlarının övladları üçün təşkil edilmiş müsabiqəyə təqdim edilən əsərlər nümayiş olunub. Müsabiqəyə ümumilikdə 58 rəsm işi təqdim edilib. Hər yaş kateqoriyası üzrə 3 qalib olmaqla ümumilikdə 9 qalib seçilib, qaliblərə pul mükafatı və müxtəlif hədiyyələr təqdim olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA














