ADY yararsız vaqon və relslərin sökülməsinə dair hərrac keçirir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yararsız vaqonların və relslərin sökülməsi və nəticədə əldə olunan xammalı qurumun ölkə ərazisində müvafiq müəssisələrinə çatdırılmasına dair hərrac elan edib.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, 4 lot üzrə təşkil olunan hərrac istismara yararsız 83 yük vaqonların doğranılması və sökülməsindən əldə olunan qara metalları, təkər cütlərini, eləcə də yararsız relslərin söküntüsündən əldə olunan dəmir-beton və ağac şpalların "Azərbaycan Dəmir Yolları"nın ölkə ərazisində müvafiq müəssisələrinə çatdırılmasını nəzərdə tütür.
Hərraca əsasən daşınacaq hər 1 600 ton qara metalın, 3 000 ton təkər cütlərinin, 5 000 ton dəmir-beton şpalın və 5 000 ton ağac şpallarının ilkin start qiyməti (ƏDV daxil) müvafiq olaraq 190 manat, 190 manat, 5 manat və 3 manat təşkil edir.
Hərracın hər bir lot üzrə iştirak haqqı 200 manatdır. Məbləğ iştirakçı tərəfindən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu QSC əldə etmək olar.
Hərrac 9 mart tarixində, saat 11:00-da QSC-nin inzibati binasında keçiriləcək. Hərracın keçirilməsinə 5 gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılacaq. Qalib gələn alıcılarla müqavilələr bağlanılacaq və müqavilə qiyməti 4 bərabər hissəyə bölünməklə alıcıya təhvil veriləcək.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












