Ağstafada narkotik satan qardaşlar saxlanıldı

Ağstafada narkotik satan qardaşlar tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun Xətai kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9,554 qram narkotik maddə olan metamfetamin və 7 469 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yaqubovun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad Yaqubov da saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Onun üzərindən isə 234,442 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 54,811 qram metamfetamin və metadol aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












