Azad edilmiş ərazilərdə yollar belə təmizlənir - VİDEO

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən azad edilmiş ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, mürəkkəb relyefli, o cümlədən çətin keçilən dağlıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə yeni təminat yolları çəkilir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 km-dən çox yeni təminat yolları çəkilib. Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1796 ədəd yol tanıtma nişanları quraşdırılıb.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabr ayının 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










