AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərə başlayır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Avtosfer.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.
Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında almaq mümkündür.
Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-russia ;
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.azal.az/az/information/covid-clinics;
Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamətin sərnişinləri:
- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;
- pandemiya dövründə AZAL-ın tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












