AZAL və “Buta Airways”in rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi ilə bağlı XƏBƏRDARLIQ

AZAL və “Buta Airways” aviaşirkətlərinin rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi zamanı nasazlıqlar yarana bilər.
AZAL QSC və “AzeriCard” prosessinq mərkəzindən verilən məlumata görə, onlayn ödənişi dəstəkləyən tərəfdaşla “AzeriCard” prosessinq mərkəzi arasında miqrasiya proseslərinin əlaqəsində qismən fasilələr müşahidə olunur.
Mərkəz tərəfindən texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
“Hazırda tərəfdaş “PayOn” vasitəsilə ödəniş zamanı çətinliklər yarana bilər. Bununla əlaqədar olaraq, mənfi halların qarşısının alınması üçün AZAL ilə birbaşa inteqrasiya nəzərdən keçirilir”, - deyə “AzeriCard”dan bildiriblər.
Aviabiletlərin onlayn alınması zamanı yaranan problemlərlə bağlı [email protected] və [email protected] çağrı mərkəzinə və ya “WhatsApp” nömrələrinə müraciət edilməlidir: +994 70 437 40 82 (Azərbaycan Hava Yolları) və +994 70 437 40 86 (Buta Airways).
Yaranmış narahatlığa görə AZAL və “AzeriCard” prosessinq mərkəzi sərnişinlərdən üzr istəyir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











