Azərbaycan benzinin istehsalını cüzi azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 885,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,1% azalıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7% artıb.
Məlumata görə, avtomobil benzininin istehsalı 0,9%, dizel yanacağının istehsalı 23,3%, neft koksunun istehsalı 30,3%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, sürtkü yağlarının istehsalı isə 36,5% azalmışdır.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
|
Məhsul növləri |
Yanvar-sentyabr 2022-ci il |
İllik müqayisə, % |
|
Avtomobil benzini, min ton |
906,7 |
99,1 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
209,4 |
67,3 |
|
Ağ neft, min ton |
409,5 |
108,5 |
|
Dizel yanacağı, min ton |
1 445,2 |
76,7 |
|
Yanacaq mazutu, min ton |
68,4 |
2,1 dəfə |
|
Sürtkü yağları, min ton |
28,4 |
63,5 |
|
Neft bitumu, min ton |
285,7 |
103,7 |
|
Neft koksu, min ton |
138,2 |
69,7 |
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











