Azərbaycan bu tarixdə Zəngəzura girəcək - Baqratyan SENSASİON DETALLARI AÇDI - VİDEO

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək. Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb: “6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə asılmış afişalar Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana gedə bilərlər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”.
Q.Baqratyan rus zabitin ona dediklərini də qeyd edib.
“Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu “xoşbəxtlik” ən yaxşı halda 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”- o iddia edir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












