Banner

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Xəbərlər 22 Oktyabr 2022 10:40 Oxunub 872
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh