Banner

Azərbaycanlı və ərəb pilotlardan səmada dəqiq zərbələr - VİDEO

Xəbərlər 17 Oktyabr 2026 17:00
Azərbaycanlı və ərəb pilotlardan səmada dəqiq zərbələr - VİDEO
WhatsApp kanalımıza abunə olun

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən "Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

YouTubehttps://www.youtube.com/watch?v=dfFeEyyS0jE

 

 

Oxunub : 176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh