Azərbaycanda daha 1 obyekt və 20 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda daha 1 obyekt və 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Avtosfer.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən “Şadlıq evi”dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39 000 manata satılıb.
Hərracda nəqliyyat vasitələri rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 6 500 manat olan “Nissan Sunny” markalı avtomobilə son təklif 10 650 manat, ilkin satış qiyməti 10 000 manat olan “Kia Sorento” markalı avtomobilə son təklif isə 15 000 manat olub.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sKmjK
Növbəti hərraclar noyabrın 15-də və 22-də keçiriləcək. Hərraclara 6 səhmdar cəmiyyətinin səhm paketi, 25 kiçik dövlət müəssisəsi və obyekti, 73 nəqliyyat vasitəsi çıxarılacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












