Azərbaycanda “Startap”lar vergilərdən azad olunacaq - QƏRAR

“Startapın müəyyən olunması meyarları”, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” təsdiq edilib.
Bu Azərbaycan Respublikası Nazirlər Kabineti 20 və 21 nömrəli qərarlarında öz əksini tapıb.
Qərarlara əsasən, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və fiziki şəxslərə vergi güzəştləri tətbiq olunacaq. Belə ki, fərdi sahibkar kimi innovasiya fəaliyyəti göstərən fiziki şəxslər gəlir vergisindən, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər isə mənfəət vergisindən 3 il müddətinə azad edilirlər.
Bundan əlavə, “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”da müəyyən olunub.
Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












