Azərbaycandakı aqroparklarda bu il 152 min tondan çox buğda istehsal edilib - FOTO

Kənd təsərrüfatının inkişafı iqtisadi siyasətin prioritetlərindəndir. Hazırkı qlobal çağırışlar dövründə isə bu sahənin önəmi daha da artıb. Aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. Ölkəmizdə yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, aqrar sektora maliyyə dəstəyi, vergi, eləcə də texnika və gübrə təminatı ilə bağlı tətbiq edilən güzəştlər, taxılçılığa subsidiya verilməsi, bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır. Bu baxımdan, aqroparklar səmərəli mexanizmdir. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadə, düzgün aqrotexniki qulluq və s. həyata keçirirlər.
Hazırda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88,8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 3,2 ton/ha). Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/ha (ölkə üzrə 3,2 ton/ha), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton/ha), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edib.
Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı










