Azərbaycanlı hüquqşünas London meri olmaq istəyir

Azərbaycanlı hüquqşünas və vəkil, Bakıda doğulmuş Kamran Balayev Britaniyanın paytaxtı Londonun meri postuna seçkilərə namizəd qismində qatılıb.
Londonda mer seçkiləri mayın 6-da keçiriləcək. Post uğrunda 18 namizəd mübarizə aparacaq.
1981-ci ilin oktyabrın 4-də Bakıda doğulmuş 40 yaşlı Kamran Balayev Kembric Universitetini, habelə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini (London School of Economics and Political Science, LSE) bitirib. Hüquq elmləri doktoru olan həmyerlimiz "Sərhədsiz hüquqşünaslar" (Lawyers Without Borders) təşkilatının banisi və rəhbəridir.
Avropa Şurasında, ATƏT-də, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında, Avropa İnsan Haqları Məhkəməsində və İnterpolda çalışmış K.Balayev namizədliyini Britaniyanın "Yenilənmə" (Renew) Partiyasından irəli sürüb./milli.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












