Azərbaycanlı proqramçı 27 milyon dollar investisiya aldı

Azərbaycanlı proqramçı Qərib Mehdiyevin həmtəsisçisi olduğu “WeTravel” startapı 27 milyon dollar investisiya alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb. O bildirib ki, həmyerlimiz həmkarları Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyə qədər 7 milyon dollar investisiya alıb. Startapın cəlb etdiyi sonuncu investisiyadan sonra isə məbləğ 34 milyon dollara çatıb.
Qeyd edək ki, xeyli müddət ABŞ da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər. Hazırda “WeTravel”in ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
“WeTravel” startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.
“Qafqazinfo”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












