Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez aktrisa Katya Kabak ilə evlənib. Avtosfer.az xəbər verir ki, cütlük bu gün nikah masasına əyləşib. Onların rəsmi nikah mərasimi Moskvanın 1 saylı Nikah Sarayında baş tutub. Nikah mərasimindən sonra yeni evlənənlər və qonaqları ikimərtəbəli ekskursiya avtobusu ilə toy şənliyinin keçiriləcəyi məkana yollanıblar.
Qeyd edək ki, Rodrigez və Kabak 2023-cü ilin payızından münasibətdədirlər. 2025-ci ilin mayında müğənni həyat yoldaşı Anna Devoçkina ilə 16 illik evliliyini başa çatdıraraq rəsmi şəkildə boşanıb. Həmin vaxt Anna xaricdə olub və Timur onunla telefon zəngi vasitəsilə ayrıldığını bildirib.
Timur və Anna 2007-ci ildə ailə qurublar. Onların iki övladı var. Ayrılığın səbəbi kimi Annanın onun xəyanətlərinə işarə etdiyi bildirilsə də, şoumen bu iddiaları inkar edib. Qısa müddət sonra Rodrigez yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısında görünməyə başlayıb./Axşam.az

“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI












