Bakı kəndlərinə metro çəkiləcək? - RƏSMİ CAVAB

“Metronun konseptual inkişaf sxemi artıq təsdiq olunub. Həmin sxem hazırlanarkən Bakının inkişaf perspektivləri xüsusi öyrənilib, monitorinqlər aparılıb, sorğular keçirilib və əhalinin axın istiqamətləri araşdırılıb”.
Bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Sözçü əlavə edib ki, sxemə əsasən, Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub: “Bundan əlavə, mavi xəttin elektrik deposu Ramanı qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq. Şəhərin ictimai nəqliyyatla təmin olunması optimal həllini tapacaq.
Bakının ətraf kənd və qəsəbələri dedikdə, metro stansiyanın inşasından əlavə, ictimai nəqliyyatın rahatlığı və əlçatanlığından söhbət getməlidir. Misal üçün, Koroğlu istiqamətində 3 stansiya inşa edildikdən sonra Maştağa, Zabrat və digər istiqamətlərə marşrut xətlərinin açılması da nəzərdə tutulur. Optimal edilmiş nəqliyyat deyildikdə bu, nəzərdə tutulur.
Bakı kəndlərində yeni stansiyaların olub-olmaması növbəti gündəm məsələsinə çevrilə bilər. Bu da həmin ərazilərdə insanların zəruri ehtiyaclarından asılı olacaq. Bunlar hamısı mərhələli şəkildə uzunmüddətli planlardır. Bakının Baş Planı təsdiq olunduqdan sonra bu istiqamətdə geniş açıqlamalar olacaq”, - deyə Bəxtiyar Məmmədov məlumat verib.
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










