Banner

"Bakı Metropoliteni"ndə dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb - FOTO

Xəbərlər 26 Oktyabr 2026 12:44
"Bakı Metropoliteni"ndə dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb - FOTO
WhatsApp kanalımıza abunə olun

"Bakı Metropoliteni" QSC-də dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb.

Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Asiya İnkişaf Bankının (ADB) texniki yardımı çərçivəsində "Gələcəyin Ağıllı və Dayanıqlı Şəhər Nəqliyyatı üçün Bakı Metropoliteninin Dekarbonizasiyası" layihəsi üzrə iki həftəlik ilkin missiya yekunlaşıb.

Missiya çərçivəsində ekspertlərlə görüşlər keçirilib, metropolitenin müxtəlif obyektlərinə baxışlar təşkil olunub, həmçinin layihənin əsas istiqamətləri və növbəti mərhələləri rəhbərliklə müzakirə edilib.

Keçirilən görüşlər dayanıqlı şəhər nəqliyyatının inkişafı istiqamətində gələcək fəaliyyətlər üçün əsas formalaşdırır.

FOTO QALEREYA
Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh