Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Bu gün "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
Avtosfer.az xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir.
Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb.
Sərginin 6 aya yaxın davam etdirilməsi nəzərdə tutulub. İzləyicilərə nümayiş olunan fotolarla virtual qaydada da tanış olmaq imkanı yaradılıb. Bunun üçün izləyicilər fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlarına yükləyərək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olaraq, hər bir stend barədə ətraflı məlumat ala bilərlər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
















