Bakı metrosunun bütün stansiya rəislərinin yerləri dəyişdirilib

“Bakı Metropoliteni” QSC-nin, demək olar ki, bütün stansiyalarının rəisləri dəyişdirilib.
Report-un məlumatına görə, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, 3 stansiyanın rəisləri istisna olmaqla 23 stansiyanın rəisi dəyişib.
Xatırladaq ki, bundan əvvəl yanvarın 18-də “Bakı Metropoliteni”nin 3 stansiyasına yeni rəis təyin edilib. Belə ki, Z.Hüseynovun əmrinə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.
Sonuncu dəfə 2019-cu ilin sentyabrında Bakı metrosunun rəisləri kütləvi şəkildə yerdəyişmə etmişdi.
"Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov "Report"a faktı təsdiq edib: "Dövrü olaraq metronun stansiya rəislərinin iş yerləri dəyişdirilir. 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib. Yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar. Stansiya rəislərinin yerdəyişməsi hərəkətin təşkil edilməsi baxımından mütəxəssis heyətinin peşəkarlığının daha da yüksəldilməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir. Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq "Bakı Metropoliteni"ndə kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir”.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












