Bakı-Quba yolu vəd olunan vaxta tikilib qurtaracaqmı? - FOTO

Şimal istiqamətinə hərəkət edən bütün sürücü və sərnişinləri Bakı-Quba yolunda təmir -bərpa işlərinin nə vaxt başa çatacağı çox maraqlandırır. Hazirda bu istiqamətdə hərəkət etmək əsil cəhənnəm əzabıdır, tez-tez də qəzaların törədiyi məkana çevrilib. Təbii ki, qəzalar əsasən əksər sürücülərin yolda təmir getməsini nəzərə almadan təhlükəsizlik qaydalarını pozmaları nəticəsində baş verir.
Bizim.Media-nın Siyəzən İH-dən əldə etdiyi məlumata görə, 2022-ci ildə Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində baş verən qəzalarda 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu rəqəmlər kifayət qədər ciddi göstəricilərdir.
Ona görə də Bakı-Quba yolunda təmirin başa çatacağı dəqiq vaxtla bağlı ilk olaraq Qubadan seçilmiş millət vəkili Vahid Əhmədovla əlaqə saxladıq. Çünki bu məsələni gündəmdə saxlamaq Vahid müəllimin Quba sakini olmaqdan başqa deputat kimi də borcudur.
V.Əhmədovun Bizim.Media-ya açıqlamasına görə, ümumi uzunluğu 167 kilometr olan Bakı-Quba yolunun Şabran, Siyəzən, Xızı rayonlarının ərazisindən keçən 70 kilometrlik məsafəsində intensive bərpa işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ciddi nəzarət etdiyi yolda 8 tikinti briqadası işləyir və işlərin böyük qismi arxada qalıb:
“Yolun bərpası bu ilin noyabr ayının sonuna tam yekunlaşacaq. Hazırda asfaltlama işləri sürətlə gedir. Yolun təxminən 65 faizdən çox hissəsinə asfalt döşənib. İşlər hava şəraitinə uyğun keyfiyyət və sürətlə davam etdirilir”.
Millət vəkili strateji əhəmiyyətli Bakı-Quba yolunun bərpasına Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə başlanıldığını deyərək işlərin deyilən vaxtda başa çatmasının həm Baş nazir Əli Əsədovun, həm də Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin rəhbərliyinin xüsusi nəzarətində olduğunu da açıqladı:
“Hər həftə yolda görülən işlərə monitorinq keçirilir və yoxlanılır. Monitorinq zamanı hər hansı çatışmazlıq aşkar olunduğu halda, dərhal aradan qaldırılır”.


Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










