Bakıda bu yolda həm sürücülər, həm də piyadalar üçün təhlükə var

Yol təmir olunub, ancaq piyada keçidi rənglənməyib. Nəticədə yeni təmirdən çıxan asvalt yolda piyadalar həyati təhlükəylə üz-üzə qalırlar.
Hərəkət işaqforla tənzimlənsə də, yerdə piyada zolağının olmaması sürücüləri də çaşdırır. Söhbət Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsindəki 4 yol ayrıcından gedir.
Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsində 4 yol ayrıcında piyada keçidi rənglənməyib. baxmayaraq ki, küçə 15 gündən artıqdır ki, təmir olunub.
Həmin yerdə təmirdən əvvəl piyada keçidi olsa da, indi zolaqlar yenilənməyib. Ərazidə hərəkət işıqforla tənzimlənir. Ancaq piyada zolağının olmaması sürücüləri çaşbaş salır.
Sakinlərin bəziləri hesab edir ki, həmin yerdə piyada keçidi ləğv olunub. Lakin əgər zolaq yenidən rənglənsə belə, fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin piyada keçidi ləğv olunmayıb. Ərazidəki bütün piyada zolaqlarının rənglənməsinin yenilənməsi bu həftənin sonunadək yekunlaşacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












