Bakıda evə basqın edən şəxslər ƏLƏ KEÇDİLƏR - FOTO
Xəbərlər
23 Oktyabr 2022 16:20

Xətai rayonu “NZS” qəsəbəsində evə basqın edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər evə əllərində olan bıçaqla daxil olaraq mənzildə olan qızıl-zinət əşyalarını, o cümlədən 1 200 manatı ələ keçiriblər.
Hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Tərlan Abbasov və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur.
Oxunub : 1190
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
24 Sentyabr 2026 18:24
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
24 Sentyabr 2026 12:53
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
22 Sentyabr 2026 20:58
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
22 Sentyabr 2026 19:37
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
ŞƏRH YAZ











