Bakıda karantin qaydalarını pozan ictimai iaşə müəssisələri ilə bağlı tədbirlər görüldü - FOTO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları tərəfindən 6 fevral 2021-ci il tarixində Səbail rayonu, T.Əliyarbəyov 4A ünvanında fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli" və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Əkbərova Gülmirə Əfsər qızı məxsus "Çayka" adlı ictimai iaşə müəssisələrində reydlər həyata keçirilib.
Reydlər zamanı sahibkarlıq subyektlərində karantin qaydalarının kobud şəkildə pozulduğu, məsul şəxslərin təyin olunmadığı, sosial məsafə və masalararası məsafənin gözlənmədiyi, müştəri qəbulu ilə bağlı adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmadan müştəri qəbul edildiyi və müştərilərin, eləcə də obyektdə çalışan işçilərin maskadan istifadə etmədiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər həyata keçirilib.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












