Bakının bu ərazisi PLANA DÜŞDÜ - Papanin də tarixə qovuşacaq

Nəsimi rayonunda ''Papanin'' kimi tanınan yerdə fərdi yaşayış evləri plana düşüb. 4 hektardan artıq olan həmin ərazidə evlərin sökülməsi, əvəzində hündürmərtəbəli binaların tikilməsi planlaşdırılır. Ümumilikdə 288 fərdi evin olduğu bildirilir. Onların bəzilərinin sahibləri ilə artıq razılaşma əldə edilib, bəziləri isə şərtlərlə razı deyil.
Avtosfer.az məlumat verir ki, böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir.
Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində ümumilikdə 4 hektardan artıq ərazidəki fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır. Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirildi ki, layihəyə uyğun olaraq burada 16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur. Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.
Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.
MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib
Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











