Bir neçə rayonda silsilə oğurluqlar edən şəxs saxlanılıb - VİDEO

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakin Elnur Nöhbalayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin Quba rayonu ərazisində mağazaya qapını sındırma yolu ilə daxil olaraq oradan 100 manat pul, eləcə də 1000 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurladığı müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bundan başqa, Sumqayıt şəhərində və Xızı rayonunda da müxtəlif vaxtlarda obyektlərə daxil olaraq oradan oğurluq edib və zərərçəkmişlərə külli miqdarda ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elnur Nöhbalayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












