Bir sıra rayonların polis şöbələrində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, Astara və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.
Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.
Gəncə ŞBPİ-nin MSY-də kameraların müntəzəm olaraq rütubət olmasına görə aşınmalara məruz qaldığı, bu səbəbdən müəssisədə əsaslı təmir işlərinə ehtiyac olduğu müşahidə edilib. Həmçinin sovqat qəbulunun təşkili üçün müəssisənin zəruri inventarlarla təmin olunmadığı müəyyən edilib.
Qəbələ RPŞ MSY-ə başçəkmə zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin ilkin müayinəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2013-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları”nın 2.1-ci hissəsinə zidd olaraq ixtisasca feldşer olan şəxs tərəfindən həyata keçirildiyi müşahidə edilib.
Astara RPŞ MSY-nin kameralarına baxış keçirilərkən saxlanılan şəxslərin hüquq və vəzifələrini göstərən lövhələrin mövcud olmadığı, bir neçə kamerada isə şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğu müşahidə edilib.
Başçəkmələrin yekununda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə əlaqədar göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.
Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












