Bolqarıstan ABŞ-dan daha səkkiz F-16 təyyarəsinin alınması layihəsini təsdiqləyib
Bolqarıstan hökuməti ABŞ-dan səkkiz yeni “F-16C/D Block 70” təyyarəsi, döyüş sursatı, təlim və dəstək avadanlığı, ehtiyat hissələri və ölkənin Hərbi Hava Qüvvələrinə ilkin dəstək və təlimlərin alınması üçün beynəlxalq müqavilə layihəsini təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri Xalq Məclisi (parlament) müvafiq investisiya xərcləri layihəsini təsdiq etdikdən sonra dərhal sazişi imzalamaq səlahiyyətinə malikdir. Artıq səkkiz təyyarənin ikinci partiyasının alınması üçün Bolqarıstan 2,6 milyard lev (təxminən 1,3 milyard ABŞ dolları) ayırmağa hazırdır.
Bundan əlavə, Bolqarıstan hakimiyyəti "çoxfunksiyalı məlumat paylama sistemi - birgə taktiki radio sistemi və əlaqədar dəstək və avadanlıq" haqqında beynəlxalq müqavilə layihəsini təsdiqləyib.
"Report"
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












