“Bu, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran amillərdən biridir”

“Hazırda dövlətimiz üçün ən ciddi məsələlərdən biri Azərbaycanda rəqabət mühitinin yaradılmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
“Bu, çox ciddi məsələdir. İnanın mənə, Mikayıl müəllim, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran amillərdən biridir. Düzdür, ola bilər bunu bəziləri hiss etmir, amma mən hiss edirəm. Rəqabət Məcəlləsi haqqında məsələyə baxmaq lazımdır. Biz bu məcəlləni qəbul etməliyik. Kim istəyir, kim istəmir, bunun dəxli yoxdur”, - deyə V. Əhmədov qeyd edib.
O, həmçinin qeyd edib ki, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi ölkədə özəl sahibkarlığın inkişafına öz töhfəsini verəcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











