Bu il Azərbaycandan gəmi ilə xaricə gedənlərin sayı 3 dəfə artıb - FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) online bilet satışı sistemi 2016-cı ildən tətbiq edilir.
ASCO-dan Avtosfer.az-a verilən məlumata görə, elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Bu xidmət daha güvənlidir və istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından əlverişlidir.
Məlumat üçün bidlirək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında elektron formada 1668 bilet alınıb. Bu, 2021-ci ilin eyni dövrü ilə (525) müqayisədə 3 dəfə çoxdur.
Bileti ASCO-nun rəsmi saytında (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsindən əldə etmək mümkündür.

Xidmətdən istifadə zamanı müştəri yükün növünə uyğun çıxdığı və gedəcəyi limanı, həmçinin sistem tərəfindən tələb olunan digər məlumatları daxil etdikdən sonra biletin qiyməti avtomatik hesablanacaq.



Bərə ilə yük göndərmək istəyən müştərilər “Elektron xidmətlər” bölməsinin “Daşıma tarifləri” alt bölməsinə daxil olaraq göndərmək istədikləri yükə uyğun qiymətlərlə tanış ola bilərlər.
Qeyd edək ki, sərnişinlər üçün biletin qiymətinə təyinat məntəqəsinədək yerləşmə, təmiz yataq dəsti və qidalanma daxildir.
Digər qeydlərlə BURADAN tanış ola bilərsiniz.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, hazırda xüsusi karantin rejimi olduğundan ölkə sərhəddini dəniz nəqliyyatı ilə keçmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alınmalıdır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












