Cahid Şahbazov haqda şikayətinə - Anar da qoşuldu

Göz əməliyyatı olunmuş vətəndaş Humay Əliyeva görmə qabiliyyətini itirdiyini deyir.
Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya qadın özü məlumat verib.
Tanınmış oftalmoloq Cahid Şahbazov tərəfindən əməliyyat edildiyini bildirən H.Əliyeva sol gözünün kor olduğunu iddia edir. Şikayətçinin sözlərinə görə, “Caspian Hospital”da adıçəkilən həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub: “Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Bir çox faktların olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin. Mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstə var. Onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz, mənim çox güclü vəkillərim var”.
H.Əliyeva eyni zamanda məsələni sosial şəbəkə hesablarında ictimailəşdirib. Maraqlıdır ki, qadının videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirib və oxşar problemlə üzləşdiyini qeyd edib: “Allah köməyiniz olsun. Demək olar ki, məni də bənzər vəziyyətə qoyub”.
İddialarla bağlı Cahid Şahbazovun mövqeyini öyrənməyə çalışdıq. Amma həkimin köməkçisi sözügedən informasiyadan xəbərdar olduqlarını desə də, Cahid Şahbazovun açıqlama vermək istəmədiyini əlavə etdi.

Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












