Cəlilabadda mağazadan 12 000 manatlıq oğurluq olub
Xəbərlər
1 Fevral 2021 12:44

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 12 000 manat dəyərində oğurluq edən rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhər sakini Z.Nağıyev Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus mağazadan ümumilikdə dəyəri 12 000 manata yaxın olan tütün məmulatları, 1 ədəd "Toshiba" markalı notbuk, spirtli içkilər və nağd pulun oğurlandığını bildirib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini İbrahim Xankişiyev olduğu müəyyən edilib.
Oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Oxunub : 1262
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 12:16
İlham Əliyev Fərman İMZALADI
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
ŞƏRH YAZ












