Cəlilabadda mağazadan 12 min manatlıq oğurluq olub

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 12 min manat dəyərində oğurluq edən rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad şəhər sakini Z.Nağıyev Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus mağazadan ümumilikdə dəyəri 12 min manata yaxın olan tütün məmulatları, 1 ədəd "Toshiba" markalı notbuk, spirtli içkilər və nağd pulun oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini İbrahim Xankişiyev olduğu müəyyən edilib.
Oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












