Mağazadan 25 min manat oğurlayan şəxslər saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini S.Əsgərova məxsus şəhər ərazisində yerləşən tikinti malları mağazasından 14300 manat və 6400 ABŞ dollarının oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətmək şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Tovuz rayon sakini Ceyhun Cəfərov və Abşeron rayon sakini Asif Əsədullayev Sumqayıt şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətiriliblər. Saxlanıldıqdan sonra C.Cəfərovun üzərinə keçirilən baxış zamanı ondan 63 qramdan artıq narkotik vasitə heroin, 92 qrama yaxın psixotrop maddə metamfetamin, 1 ədəd bıçaq və oğurlanan pulların bir qismi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












